Bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Xezerxeber.az xəbər verir ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, havada tozun miqdarı səhər saatlarında normadan 1,5 dəfə, günorta saatlarında isə 2,5 hətta 3 dəfəyədək çox olub
Toz kütləsinin Azərbaycana daxil olması səbəbindən PM yəni, hava keyfiyyətinin təyin edilməsi üçün əsas göstərici səviyyəsi kəskin artıb. Vətəndaşlar bildirirlər ki, tez-tez müşahidə edilən tozlu havabronxial pozğunluğu olan, eləcə də digər insanlar üçün əlverişsizdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir"
Qeyd edək ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.