Astarada məktəb direktoru bıçaqlanıb.
Xezerxeber.az xəbər verir ki, hadisə 6 saylı tam orta məktəbin həyətində baş verib.
Məktəbin gözətçisi olan 60 yaşlı Halik Nəcəfov direktor Ülviyyə Bayramovaya bir neçə bıçaq zərbəsi endirib. Ülviyyə Bayramova ağır vəziyyətdə, Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardımdan alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Halik Nəcəfov bir müddət əvvəl məktəbdə katibə işləyən və direktorla aralarında yaranan münaqişəyə görə bu ilin aprel ayında tutduğu vəzifədən uzaqlaşdırılan Validə Məmmədovanın həyat yoldaşıdır.
İddiaya görə gözətçi direktorun onun arvadını işdən çıxarmaq üçün şantaj elədiyinə görə hadisəni törədib.
Məktəbin müəllmləri isə direktordan razılıq ediblər.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.