Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 2500-ə yaxın məntəqədə exit-poll keçirilib.
Xezerxeber.az xəbər verir ki, ümumilikdə prosesdə iştirak məqsədilə iki beynəlxalq və bir yerli təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Təşkilatlar ölkənin müxtəlif yerlərindəki seçki məntəqələrində fəaliyyət göstəriblər.
"Exit-poll"u Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və Amerika Birləşmiş Ştatlarının "ORACLE ADVISORY GROUP" u ilə birgə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə İtaliyanın SƏG SPA Tədqiqatlar Şirkəti ilə birgə keçirib.
İtalyanın SƏG SPA tədqiqat şirkətinin rəhbəri Rado Fonda seçki müddəti ərzində məlumatların toplanmasının yaxşı templə getdiyini, kifayət qədər respondentin olduğunu bildirib. Onun sözlərinə görə, səs verən seçicilər eyni zamanda Exit-poll sorğusunda da aktiv şəkildə iştirak ediblər.
Təşkilatın nümayəndəsi Solen Le Mua da öz növbəsində qeyd edib ki, təkcə günün birinci yarısınadək ümumilikdə 10 mindən artıq insanla rəy sorğusu aparılıb.
Exit-poll həyata keçirən təşkilatlar paytaxtla yanaşı, bölgələrdə seçici aktivliyi müşahidə etdiklərini bildiriblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.