Növbədənkənar Parlament seçkilərində ilk dəfə səsverənlər olub.
Xezerxeber.az xəbər verir ki, 18 yaşı tamam olan şəxslər seçki hüququna sahib olurlar. Bu gün də müxtəlif bölgələrdə bu yaşa çataraq ilk seçimini edənlər az deyildi.
Hətta bugün həm ad günü olan, həm də ilk seçimin edən gənclər də var idi.
Qeyd edək ki, seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. İlk dəfə iştirak edən seçicilər isə 51 min 147-nəfərdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.