Ahil, sağlamlıq imkanlar məhdud olan seçicilər bu gün daşınan seçki qutusu vasitəsilə səs veriblər.
Xezerxeber.az xəbər verir ki, əvvəlki seçkilərdə olduğu kimi, bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.
Məntəqədən kənarda səsvermə vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etmə qaydalarına uyğun keçirilir.
Dairə seçki komissiya üzvlərinin iştirakı növbəti baş çəkdiyimiz ünvan isə 76 yaşlı Urqiyyə Quliyevanın evi olub.
Urqiyyə Quliyeva deyir ki, hazırda yeriyə bilmir. O, da daşınan seçki qutusundan istifadə etməklə səs verəcək:
Milliyətçə rus Marina Antokova da evində səs verdiyindən məmnun olduğunu deyir.
Daşınan seçki qutusu vasitəsi ilə səs verənlər arasında sağlamlıq imkanları məhdud olan 86 yaşlı Lida xanım da var idi.
Lənkəranlı 104 yaşlı Qızvəs Mehtiyeva da evində səs verib.
MSK-dan bildirildi ki, Azərbaycanda keçirilən seçkilərdə daşınan seçki qutularından istifadə təcrübəsi 2003-cü ildən etibarən tətbiq edilir.Bütün seçki məntəqələri daşınan seçki qutuları ilə təmin edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.