Gəncədə səsvermə prosesinə səhər saat 8-dən start verilib.
Xezerxeber.az xəbər verir ki, şəhər üzrə fəaliyyət göstərən 4 Dirə Seçki Komissiyasından biri - 41 saylı dairə Gəncə şəhəri ilə yanaşı Samux və Goranboyun bəzi yaşayaış məntəqələrini də əhatə edir. Bu 4 Dirə Seçki Komissiyası üzrə isə 162 seçki məntəqəsi fəaliyyət var ki, onlardan da 3-ü qapalı tiplidir.
Sumqayıt şəhərində də səsvermə prosesi seçici fəallığı yadda qalıb. Seçicilər də prosesin təşkilindən razılı qaldıqlarını bildiriblər.
Lənkəranda da Milli Məclisə növbədənkənar seçkilər yüksək seçici fəallığı ilə müşahidə olunub. Seçkinin rahat və demokratik keçirilməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb.
Seçicilər 3 dairə seçki komissiyasını əhatə edən 132 seçki məntəqəsində səsvermə hüquqlarından istifadə ediblər. Onlar 76 saylı Lənkəran-Masallı, 77 saylı Lənkəran şəhər, 78 saylı Lənkəran kənd dairələrinin məntəqələrində yaşayış yeri üzrə səs veriblər.
Seçkini xarici müşahidəçilər də izləyiblər. Ölkə üzrə səsvermə prosesi saat 19:00 -da başa çatıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.