Xaricə getmək adı ilə insan alverinin qurbanı ola bilərsiniz.
Xezerxeber.az xəbər verir ki, müxtəlif vədlərə inanaraq xaricə gedən şəxslər aldana bilər. Bəzi qaydalara əməl olunmasa həmin şəxslərin sənədləri dəyişdirilmək və yaxud əllərindən alınmaq təhlükəsi var.
Müəyyən fəaliyyət üçün xaricə getmək istəyən şəxslər dövlət miqrasiya xidmətinə müraciət etməlidir.
Qeyd edək ki, ötən il ərzində insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində 159, məcburi əməklə bağlı 3, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 cinayət qeydə alınıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyini tərəfindən mütəmadi olaraq tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.