Xəzər Xəbər

Rayonlarda zibil qutuları niyə yoxdur? VİDEO

Veb TV | 22:20 • 31 Avqust 2024
Rayonlarda zibil qutuları niyə yoxdur?

Rayonlarda zibil qabları tapılmır.

Xezerxeber.az xəbər verir ki, istirahət edənlərin seçimi əsasən bölgələr olsa da, ancaq getdikləri yerləri zibilləyənlər də az deyil. Bir çox yerlərdə ümumiyətlə zibil qabları qoyulmur.

Eyni vəziyyət İsmayıllı-Qəbələ ərazisində də yaşanır. Sakinlərin sözlərinə görə ərazidə zibil qablarının olmaması nəinki onları həm də bölgələrə üz tutan turistləri də narahat  edir.

Məsələ ilə bağlı ərazi üzrə bələdiyyələrdən bildirildi ki, zibil konteynerləri yerləşdirmək onların səlahiyyətində deyil. Bunun üçün xüsusi fond yaradılmalı həmin vəsait hesabına konteynerlərin yerləşdirilməsi və zibilllərin daşınması həyata keçirilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar