Xəzər Xəbər

Xaricə turizm qiymətlərinin bahalaşması bölgələrə üz tutanların sayını ARTIRDI VİDEO

Veb TV | 21:50 • 31 Avqust 2024
Xaricə turizm qiymətlərinin bahalaşması bölgələrə üz tutanların sayını ARTIRDI

Bu il Azərbaycanın bölgələrinə istirahət üçün üz tutanların sayı kəskin artıb.

Xezerxeber.az-ın xəbərinə görə, turizm üzrə ekspertlər deyirlər ki, bu il yay aylarında istirahət üçün xaricə gedənlərin sayı azalıb. Bölgələrdə otellərdə doluluq bu il pik həddə olub. Bunun əsas səbəblərindən biri isə azərbaycanlıların istirahət üçün ən çox üz tutduğu ölkələrdə qiymətlərin artmasıdır.

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun qurulması da turist axınına səbəb olub. Eyni əraziyə bir neçə dəfə səfər edənlər də var.

Ekspert onu da vurğuladı ki, istirahət zonalarının sayı artsa da, qiymətlərdə enmə müşahidə edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti