Xəzər Xəbər

Azərbaycanda parlament seçkiləri... – SON 1 GÜN VİDEO

Veb TV | 23:00 • 31 Avqust 2024
Azərbaycanda parlament seçkiləri... – SON 1 GÜN

Sabah 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.

Xezerxeber.az xəbər verir ki, namizədlərdən 676 nəfərinin siyasi partiya mənsubiyyəti var. 305 nəfər isə 25 siyasi partiyanın nümayəndəsidir. Bu barədə bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Sədr bildirib ki, ölkədə 6 milyon 308 min 851 seçici var.

Məzahir Pənahov bildirib ki, seçkilərdə ümumilikdə 112 min 749 yerli müşahidəçi olacaq. 69 ölkə, 51 qurumdan isə 598 beynəlxalq müşahidəçi qeydə alınıb. ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 227 nəfər, ATƏT Parlament Assambleyasından 61 nəfər müşahidəçi qeydiyyatdan keçib. Sədr sabah axşam ilkin nəticələrin açıqlanacağını deyib.

Qeyd edilib ki, sabah işğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqə fəaliyyət göstərəcək. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397 min 862 nəfərdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti