Xəbər verdiyimiz kimi, Parisdə keçirilən paralimpiya oyunlarında ilk qızıl medalımız gəldi.
Xezerxeber.az xəbər verir ki, finaladək bütün rəqiblərinə qalib gələn idmançımız İmaməddin Xəlilov həlledici görüşdə qardaş Türkiyə təmsilçisi Fatih Çeliklə qarşılaşdı. Böyük üstünlüklə qələbə qazanan İmaməddin paralimpiya çempionu olaraq adını tarixə qızıl hərflərlə yazdırdı. Görüşdə üçrəngli şanlı bayrağımızla Fransa arenasında dövr edən idmançımıza qoşularaq sevincinə şərik türkiyəli parataekvondoçu qardaşlıq mesajı verərək həmin gecəni daha da unudulmaz etdi.
Bu qələbədən sonra yollandıq uğurun təməlində dayanan ailəsinin yanına, yəni Gəncəyə... Anası Sevinc Məmmədovanın sevinci isə yeri göyə sığmırdı...
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.