Son iki gündür Naxçıvan aeroportunda ciddi sərnişin sıxlığının müşahidə olunduğu bildirilib.
Xezerxeber.az xəbər verir ki, buna səbəb həm zəvvarların geri dönüşü, həm də yay fəslinin bitməsi ilə əlaqədar Naxçıvandan Bakıya qayıdanların sayının artmasıdır.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuatla İş şöbəsinin rəhbəri Fərid Hüseynov bildirib ki, məsələni həlli üçün bütün lazımi tədbirlər görülür.
Fərid Hüseynovun sözlərinə görə, ötən gün Azal vəziyyəti normallaşdırmaq üçün planlaşdırılan uçuş cədvəlindən kənar üç əlavə reys həyata keçirib. Proses bu gün də davam etdirilir.
Qurum rəsmisinin sözlərinə görə, bu sıxlıq biletlərin qiymətinə təsir etməyib. Bakıdan Naxçıvana, eləcə də əks istiqamətə biletlərin qiyməti Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin kollegiyasının qərarına uyğun olaraq 60 manatdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.