Beş nəfərdən 19 kiloqram narfkotik vasitə aşkar edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı son bir həftə ərzində silsilə əməliyyatlar keçirilib. Tədbirlərlə paytaxt sakinləri Rasim Kərimov, Nəriman Nərimanov, tanışı Ramil Allahverdiyev, Rüstəm Kərimov və İsa Ağayev saxlanıblar.
Onlardan ümumilikdə heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerlik edən əsas şəxslər olduqları müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.