Xəzər Xəbər

Xalqımıza qarşı vəhşiliklər törətmiş şəxslər mühakimə olunmalıdır - Ermənistandan TƏLƏB VİDEO

Veb TV | 22:00 • 30 Avqust 2024
Xalqımıza qarşı vəhşiliklər törətmiş şəxslər mühakimə olunmalıdır - Ermənistandan TƏLƏB

"İtkin düşmüş Azərbaycan vətəndaşlarının məzar yerləri barədə məlumatların verilməsini, xalqımıza qarşı vəhşiliklər törətmiş şəxslərin mühakimə olunmasını Ermənistandan tələb edirik".

Xezerxeber.az xəbər verir ki, bu fikirlər "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin 30 avqust - Beynəlxalq İtkinlər Günü ilə əlaqədar səsləndirdiyi bəyanatda yer alıb. İtkin düşmüş şəxslərin ailələri Ermənistana təzyiq göstərilməsi üçün beynəlxalq təşkilatlara müraciət ediblər.

Bəyanatı səsləndirən İctimai Birliyin sədri Könül Behbudova bildirib ki, faktlar və şahid ifadələri təsdiq edir ki, birinci Qarabağ müharibəsində Ermənistan hərbçiləri tərəfindən Azərbaycanın suveren əraziləri işğal olunarkən beynəlxalq humanitar hüququn normaları kobud şəkildə pozulub. O cümlədən mülki əhali hədəfə alınıb və zorakı itkindüşmə halları baş verib. İşğal edilmiş Azərbaycan əraziləri 30 ilə yaxın müddətdə Ermənistan ordusunun nəzarətində olub.

Bəyənatda vurğulanıb ki, itkin düşmüş şəxslərin problemləri daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Məhz bu diqqətin sayəsində Vətən torpaqları işğaldan azad edildikdən sonra qısa müddətdə həmin şəxslərin dəfn edildiyi 18 kütləvi məzarlıq aşkarlanıb. 151 itkin-şəhidin taleyinə aydınlıq gətirilərək nəşləri ailələrinə təhvil verilib və həmin ailələrin iztirabına son qoyulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti