Xəbər verdiyimizk kimi, Göygöl rayonunda 10 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb. Hadisə rayonun Balçılı kəndində baş verib.
63 yaşlı Mətanət Qasımova nəvələrinin başına saç bitlərini öldürmək üçün Niastol adlı dərman vurub. Nəticədə 10 yaşlı Aydan Orucova zəhərlənərək ölüb. TƏBİB-dən bildirilib ki, zəhərlənənlər Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət ediblər. Daha sonra isə Gəncəyə aparılıblar. 8 və 6 yaşlı qızlar Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib.
Uşaqlar nənələrinin yanında olduğundan valideynlər hadisə haqqında məlumatı telefon zəngindən sonra öyrəniblər.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsulun qeydiyyatdan keçmədiyi və idxalına icazə verilmədiyi bildirilib.
Məlumatda bu kimyəvi preparatın baytarlıqda mal-qaranın dezinfeksiyası üçün istifadə olunduğu bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.