Xəzər Xəbər

Oğuzda ayı 62 yaşlı kişiyə hücum etdi – “Mal-qarasını xilas etmək istəyirmiş”... VİDEO

Veb TV | 20:30 • 30 Avqust 2024
Oğuzda ayı 62 yaşlı kişiyə hücum etdi – “Mal-qarasını xilas etmək istəyirmiş”...

Ayı Oğuz sakininə hücum edib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Xalxal kəndinin "Kor dərə" adlanan dağlıq ərazisində qeydə alınıb. Belə ki, "Calut-2" qəsəbəsində məskunlaşmış Xocalı rayon sakini, 62 yaşlı Bakir Əliyev yaylaq ərazisində mal-qara otararkən ayı anidən heyvanlara hücum edib. O, heyvanları xilas etmək istəyərkən ayı ona da hücum edib.

Ağır xəsarətlər alan Bakir əliyev əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ilk yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun müalicəsi xəstəxanada davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar