Mikravtobusun minik avtomobili ilə toqquşması 1 nəfərin ölümü, 14 nəfərin xasarət alması ilə nəticələnib.
Xezerxeber.az xəbər verir ki, ağır qəza səhər saatlarında Qubanın Hacıhhüseynli kəndi yaxınlığında baş verib. Sərnişin daşıyan mikravtobus minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində nəqliyyat vasitələrində olan 15 nəfər müxtəlif dərəcəli bədən xasarətləri alıb. Onlarda biri, 67 yaşlı Əzimə Mirişova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə yerləşdirilib.
Mikroavtobusda olan sərnişinlər bildiriblər ki, onlar meyvə yığımı məqsədilə qonşu kəndə yola düşüblər.
Şabranda isə avtomobil körpüdən dəmir yolu xəttinə aşaraq yanıb...
Səhər saatlarında Bakı-Quba-Rusiya dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yük maşınının sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinin ön hissəsi yanıb. Avtomobilin sürücüsü, Bakı şəhər sakini 39 yaşlı Rəşad Əzizov və sərnişin, sürücünün bacısı oğlu, Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini 18 yaşlı İnşallah Məhərrəmov aldıqları ağır bədən və yanıq xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.