Ötən ilin bu vaxtları Ermənistan hakimiyyəti Xankəndidə yaşayan əhalinin guya "humanitar böhran" yaşadığını dünyaya car çəkirdi... Azərbaycan humanitar addım ataraq olmayan qıtlığı aradan qaldırmaq üçün qarşı tərəfə ərzaq və yanacaq yardımı göndərdi, amma onlar bu yardımı qəbul etmədi. Ünvana çatmaq üçün günlərlə gözləyən un dolu tırlar yadınızdadır yəqin... Sözdə "aclıq yaşayırıq" dedilər, amma yenə də göndərdiyimiz məhsulları qəbul etmədilər.
Bu azmış kimi başda Fransa olmaqla qərb ölkələri də separatçılara dəstək çıxırdı. Hətta BMT Təhlükəsizlik Şurası Laçın-Xankəndi yolunun güya bağlanmasından sonra yaranmış "humanitar böhranın" müzakirəsi üçün təcili iclas da keçirdi. Azərbaycanın BMT-dəki nümayəndəsi isə həmin iclasda dünyanın gözü qarşısında Ermənistanın şou yaratdığını sübutlarla göstərdi. Yaşar Əliyev Ermənistan və onun havadarlarını Xankəndidə yaşayan ermənilərin toy mərasimi, əyləncə məclisləri keçirib sosial şəbəkədə paylaşdığı fotolarla susdurdu.
Xezerxeber.az-ın xəbərinə görə, siyasi şərhçi İlyas Hüseynov deyir ki, separatçı ermənilər elə düşünürdü ki, yalançı blokada şousu ilə dünyanı aldıb, Azərbaycana təzyiq edəcəklər, lakin bu, mümkün olmadı, planları suya düşdü.
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı qondarma rejimin yaradılmasının ildönümü münasibətilə təbrik məktubu isə bardağı daşıran son damla oldu.
Bir sözlə, baş verən bütün erməni təxribatları Azərbaycan Ordusunu lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur etdi. İyirmi dörd saatadək davam edən tədbirlər nəticəsində Qarabağdakı qeyri-qanuni erməni silahlılarının döyüş mövqeləri dağıdıldı və separatçılar ağ bayraq qaldırmağına məcbur oldular. Azərbaycan düşmənə layiqli cavabını verdi və separatçı rejimi tarixin arxivinə yolladı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.