"Formula-1"ə görə Bakıda bəzi küçələr tam bağlanır.
Xezerxeber.az xəbər verir ki, sentyabrın 7-də gecə saat 01:00 dən etibarən "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq bir sıra küçələrdə məhdudiyyət tətbiq ediləcək.
Nəqliyyatın idarəetmə planına əsasən, Bakı şəhər halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-da, gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Vətəndaşlar "yaşayış yerinə giriş icazəsi" sənədini 29 avqust tarixindən 13 sentyabr tarixinədək paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edəbilərlər.
Qeyd edək ki, nəqliyyatın idarəetmə planına əsasən, bakı şəhər halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.