Xəzər Xəbər

Minimum əməkhaqqının artırılması və saatlıq əmək haqqına keçid yenidən GÜNDƏMDƏ VİDEO

Veb TV | 21:10 • 29 Avqust 2024
Minimum əməkhaqqının artırılması və saatlıq əmək haqqına keçid yenidən GÜNDƏMDƏ

Azərbaycanda əməkhaqqı sistemi dəyişə bilər. Ölkədə minimum əməkhaqqının aylıq rejimdən saatlıq rejimə keçirilməsi Dünya Bankı tərəfindən tövsiyyə edilir.

Maraqlıdır, bu mexanizm necə hesablanacaq?

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı eksper  Eldəniz Əmirov deyir ki, Azərbaycanda minimum əməkhaqqı şərti xarakter daşıyır, əmək qanunvericliyinə əsasən, rəsmi əmək müqaviləsi əsasında çalışanlar üçün  iş saatları 09.00-18.00 vaxt qrafiki üzrə, yəni 8 saatlıq iş rejiminə əsasən tənzimlənir. Ona görə də, rəsmi iş saatları əsasında çalışan və maaşı mimimum əməkhaqı üzrə hesablanan işçilər üçün bunun heç bir fərqi olmayacaq.

Bu, özəl sektorda çalışan işçilər üçün fərq yarada bilər. Belə ki, bir çox özəl sahələrdə mülki müqavilə əsasında işləyən işçilər aylıq deyil, saat üzrə çalışırlar. Bu halda onların əməyinin dəyərində yox, sosial və əmək hüquqlarının qorunmasında təminatlar yaranmış olar.

Ekspert saatlıq əmək haqqı tətbiqinin VÖEN-lə işləyənlərə təsir mexanizminə də toxunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024