Vətəndaşın kredit kartından 5000 manatdan artıq pul vəsiti oğurlanıb.
Xezerxeber.az-ın xəbərinə görə, İmişli sakini Xəzər Əliyev iddia edir ki, kəsə sms və şəxsi məlumatlarını verməsə də, onun kart hesabından xeyli miqdarda vəsait çıxarılıb. Hesabda da əvvəlcə 2000 manat pul olub.
Zərərçəkənin sözlərinə görə, bundan sonra mobil telelfonuna kredit limiitnin artırılması ilə bağlı mesaj gəlib və hesab 2000 manatdan 5600 manata qaldırılıb. Yenə də hesabdan məbləğ çıxılıb.
Bu dəfə isə daha çox...
Kiberdələduzluğa məruz qaldığını deyən imişli sakini öncə banka müraciət edib. Bankdan vətəndaşa edə biləcəkləri heçnə olmadığı deyilib. Xəzər Əliyev onu da qeyd edib ki, sözügedən məsələ ilə bağlı ərazi üzrə polis bölməsinə də şikayət edib
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan da "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaş üzləşdiyi məsələ ilə bağlı Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət edib. Daxil olan müraciətlə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.