Xəzər Xəbər

Sosial şəbəkələrdə sərnişinlə dolu avtobusların yarışdığı görüntülərlə bağlı rəsmi AÇIQLAMA VİDEO

Veb TV | 20:35 • 29 Avqust 2024
Sosial şəbəkələrdə sərnişinlə dolu avtobusların yarışdığı görüntülərlə bağlı rəsmi AÇIQLAMA

Xırdalanda müntəzəm sərnişindaşıma ilə məşğul olan iki avtobusun sürücüləri yarışıblar. Onlar hətta işıqforun qırmızı işığından keçərək, həm özləri, həm sərnişinlər, həm də digər hərəkət iştirakçıları üçün həyati təhlükə yaradıblar.

Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu görüntülərlə bağlı Baş Dövlət Yol Polisi idarəsi dərhal araşdırma aparıb. Sözügedən sürücülər barəsində hüquqi müstəvidə tədbir görülüb.

Məsələ ilə əlaqədar Yerüstü Nəqliyyat agentliyindən isə bildirilib ki, Xırdalanda sərnişin avtobusları sürücülərinin kobud qayda pozuntusuna yol vermələri ilə bağlı hər iki daşıyıcı şirkətin nümayəndəsi AYNA-ya dəvət olunub. Onlara sürücülər barədə ciddi ölçü götürmək tapşırığı verilib.

Məsələ ilə bağlı daşıyıcı şirkət tərəfindən müvafiq tədbir görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar