Xəzər Xəbər

"Formula 1"-lə əlaqədar bu küçələrdə hərəkət DAYANDIRILIR VİDEO

Veb TV | 19:19 • 29 Avqust 2024
"Formula 1"-lə əlaqədar bu küçələrdə hərəkət DAYANDIRILIR

İstiqlaliyyət küçəsi və onunla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Xezerxeber.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar