Bugündən etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb.
Xezerxeber.az xəbər verir ki, ikinci mərhələdə şanslarını sınayacaq tələbələr deyir ki, ilk mərhələdə balları, ötən ilki statistikaya görə istədikləri ixtisasa uyğun olduğu halda müsabiqədən keçə bilməyiblər.
Eskpertlərin sözlərinə görə, ixtisas seçimi qədər, bu prosesi edəcək şəxsi də doğru seçmək önəmlidir. Abituriyentlər çox vaxt müəyyən ödəniş qarşılığında məlumatlılıqlarından əmin olmadıqları şəxslərə müraciət edirlər. Nəticədə həm ödədikləri pul batır, həm də müsabiqədən keçə bilmirlər.
Dövlət imtahan mərkəzinin ixtisas seçimi üzrə məsləhət mərkəzlərindən birində rəhbər olan Asif Paşayev deyir ki, əksər valideyn və abituriyentlər DİM-in ödənişsiz formada ixtisas seçimi prosesini həyata keçirən mərkəzlərinin olmasından xəbərsizdirlər.
Dövlət İmtahan Mərkəzindən “Xəzər Xəbər”ə verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi avqustun 28-dən 2 sentyabr saat 23:59-dək davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.