Yeni tədris ilinin başlanmasına 2 həftədən bir az artıq vaxt qalıb. Uşaqlar 3 aylıq tətildən sonra məktəbə, valideynlər isə məktəb üçün alış-verişə hazırlaşırlar. Elə buna görə də bazarlarda canlanma müşahidə edilir
Xezerxeber.az xəbər verir ki, məktəbli ləvazimatlarının qiymətləri isə fərqlidir. Hər bir ləvazimatın qiyməti keyfiyyətinə və istehsal ölkəsinə görə dəyişir.
Satıcılar bildirirlər ki, ötən illə müqayisədə bu il bəzi məhsulların qiymətində artım var
Şagirdlər üçün lazımı olan əsas vəsaitlərdən biri də dəftərlərdir ki, bu məhsulların qiymətində də 20 faizə qədər qiymət dəyişikliyi olub.
Alıcılar isə bildirirlər ki, aşağı siniflərdə oxuyan şagirdlərə lazım olan ləvazimatların qiyməti yuxarı siniflərlə müqayisədə daha bahadır.
Bəzi digər xırda məktəbli ləvazimatlarının da qiymətlərində cüzi artım var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.