Bu məktəbdə yalnız 10 və11-ci sinif şagirdləri təhsil alacaqlar.
Xezerxeber.az xəbər verir ki, söhbət Şəkidəki 6 nömrəli tam orta məktəbdən gedir. 2007-ci ildən fəaliyyətə götərən və hazırda 181 şagirdin təhsil aldığı məktəbin bağlanacağı iddiaları valideynləri narahat edir.
Valideynlərin sözlərinə görə, məktəb rəhbərliyi ötən gün şagirdlərə zəng edərək təhsil ocağının bağlanacağını, 9-cu və ondan aşağı bütün sinif şagirdlərinin, eləcə də müəllimlərin başqa məktəblərə köçürüləcəyini bildirib.
Şagirdlərin köçürülməsinə səbəb kimi burda hansısa pilot layihənin həyata keçiriləcəyi göstərilib.
Şagirdlərin köçürülməsi valideynlərlə yanaşı, müəllimləri də narahat edir.
Məsələ ilə əlaqədar Şəki rayonu üzrə təhsil sektorundan "Xəzər Xəbər"ə bildirildi ki, rayonda təhsilin keyfiyyətinin artırılması məqsədilə pilot layihə hazırlanıb. Layihənin də 6 nömrəli tam orta məktəbdə həyata keçirilməsi nəzərdə tutulub. Layihəyə əsasən məktəbdə sadəcə 10 və 11-ci siniflər üçün xüsusi tədris planı keçiriləcək. 6 nömrəli məktəbdə hazırda 181 şagird var ki, onlardan da 145-i digər təhsil ocağına köçürüləcək. Əvəzində isə 180-dən çox yuxarı sinif şagirdi bu məktəbə cəlb olunacaq. Bu təhsil ocağının əhatəsində 4 məktəb olduğundan pilot layihə üçün bura seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.