Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq yer 3 ildir seçilmir.
Xezerxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, heç bir müəllimin müraciət etmədiyi bu vakant yerlərə əsasən, ucqar rayon məktəblərindəki və rus bölməsindəki bəzi fənlər daxildir.
Agentlik rəsmisi hicablı müəllimlərin müsahibə mərhələsindən kəsilməsi iddialarına da aydınlıq gətirib.
Nurlan İsmayılbəyli sertifikasiyadan kəsilən 700 müəllimin işlə təmin olunmasına da diqqət çəkib. Bildirib ki, onlar sosial həssas kateqoriyadan olan müəllimlərdir. Ümumilikdə müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən 22 093 nəfər vakansiya seçimində iştirak etmək hüququ əldə edib. Müsabiqəyə 10 592 vakant yer təqdim olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.