Bəzi dövlət tibb müəssisələrində qızılcaya qarşı peyvənd tapılmır.
Xezerxeber.az-ın xəbərinə görə, vətəndaşlar iddia edirlər ki, qızılca peyvəndi poliklinikalarda tapılmasa da, özəl xəstəxanalarda ödənişli əsaslarla edilir, ancaq qiyməti çox yüksəkdir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən ''Xəzər Xəbər"ə bildirilib ki, peyvəndlər ən qısa zamanda tibb məntəqələrinə təhvil veriləcək.
Qeyd edək ki, özəl tibb müəssisələrində qızılcaya qarşı peyvəndlərin qiyməti 180-200 manat arası dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.