Sərsəng su anbarında suyun səthi rekord səviyyəyə çatıb
Xezerxeber.az-ın xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə - 1065 hektara çatdığını göstərir.
Coğrafiya institutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, indi ölkəmiz çox sululuq dövründədir. Yəni ötən illər müşahidə olunan quraqlığı və Xəzər dənizində suyun səviyyəsinin azalmasını periodik hadisə adalandırmaq olar. İndi isə əksinə yağıntıların miqdarı çoxalıb ki, bu da su ehtiyatlarımızın artmasına səbəb olur.
Ənvər Əliyev qeyd edib ki, tarixi faktlara nəzər salsaq demək olar ki, bol sululuq dövrü artıq başlayıb və qarşıdakı illərdə ölkə ərazisində su qıtlığı kəskin azalacaq. Hətta Xəzər dənizinin səviyyəsi də artacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.