Avtobus zolağına daxil olan sürücü 100 manat və 2 bal cərimələnib.
Xezerxeber.az xəbər verir ki, ancaq sürücü bu cəriməni haqsız hesab edir.
Saməddin Musayev deyir ki, dünən saat 14:36 radələrində Baksol deyilən ərazidə Ziya Bünyadov prospektinə çıxan yolda avtobus zolağına daxil olub.
Şikayətçi deyir ki, yazılan cəriməni haqsız hesab edir.
Saməddin Musayev bununla bağlı online qaydada Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edib.
Məsələ ilə bağlı İdarədən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşın şikayəti qeydə alınıb, araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.