Zaqatalada uzun illər həkim kimi çalışmış şəxs qızının evində qətlə yetirilib.
Xezerxeber.az xəbər verir ki, kənd sakini 64 yaşlı Həsən Davudov Tariyel Əhmədovu güllələdikdən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizlənib.
İddialara görə, həmin şəxs tikiliyə də atəş açıb. Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb ediblər. Lakin o, özünə atəş açaraq intihar edib.
Qohumları baş vermiş hadisənin onlar üçün də gözlənilməz olduğunu deyiblər.
Yaxınları bildirirlər ki, Həsən Davudov səhər saatlarında həkimin olduğu evə gəlib. Ailə üzvlərinin sözlərinə görə, aralarında borc məsələsi olub. Məhkəmənin qərarı ilə Həsən Davudova pulu geri qaytarmaq üçün müəyyən vaxt verilib. Elə qətlin də bu zəmində törədildiyi ehtimal edilir.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə və 125-ci - özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.