Formula 1 yarışına sayılı günlər qalıb.
Xezerxeber.az xəbər verir ki, bununla əlaqədar, artıq "Formula 1" Azərbaycan Qran Prisi 2024-ə hazırlıq işləri də tamamlanmaq üzrədir.
Bakı Şəhər Halqası əməliyyat şirkətinin sətəm üzrə rəhbəri Şamil Heydərovun sözlərinə görə, işlərin maksimum keyfiyyət və operativliklə görülməsi üçün eyni anda 50-dən çox ərazidə iş aparılır.
O da bildirilib ki, bu il Bakının ev sahibiliyi edəcəyi yarışı ötən illərə nisbətən daha çox azərkeş izləyəcək.
Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-Prisi 13-15 sentyabr tarixlərində baş tutacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.