Tanışını avtomobildə güllələyərək öldürməkdə şübhəli bilinən şəxs 4 gün sonra saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, söhbət avqustun 20-də Göyçayda baş vermiş ağır cinayətdən gedir. Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, Qaraməryəm kəndi ərazisində avtomobilində 37 yaşlı Ramin Malxasov odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülüb.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlərlə" açılması təmin edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.