Yüz ilə yaxın yaşı olan keçmiş məktəb binası indi baxımsız vəziyyətdədir.
Xezerxeber.az xəbər verir ki, ərazidə yaşayan sakinlər isə binanın abidə kimi qorunub saxlanılmasını istəyirlər.
Onların sözlərinə görə, bina 70-ci ilədək orta məktəb, daha sonra isə fabrik kimi fəaliyyət göstərib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən tikili daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil.
Dövlət Xidməti tərəfindən tikilinin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün baxış keçirilib. Hazırda binaya tarix-memralıq abidəsi statusunun verilməsi üçün qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.