Ev alarkən mütəxəssislər ilə mənzilə baxış keçirilməlidir.
Xezerxeber.az xəbər verir ki, mənzildə görülən keyfiyyətsiz işə görə vətəndaşlar evi yenidən təmir etdirmək məcburiyyətində qalır.
Müxtəssislərin sözlərinə görə, əsas problemlər bünövrəsi olmayan, nəmişliyin qarşısının alınması üçün vasitələrin istifadə edilmədiyi və aşağı keyfiyyətli elektrik xətlərinin çəkildiyi binalarda olur.
Ev alarkən mütəxəssis çağırmağın qiyməti isə 100-300 manat arasında dəyişir.
Ekspert onu da əlavə etdi ki, Abşeronda bataqlıq ərazilərin qurudulub yeridə evlərin tikilməsi sonradan mənzillərdə bir sıra problemlərin yaranmasına səbəb olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.