İş yerində əmək fəaliyyəti zamanı bir gözünü itirdi, lakin ona təyin edilən müddətsiz müavinəti yalnız 15 il ala bildi...
Xezerxeber.az-ın xəbərinə görə, paytaxt sakini Üzeyir Zeynalov iddia edir ki, sürücü işlədiyi şirkətdə avtomobil təmiri zamanı əmək zədəsi alıb. Elə buna görə də ona müddətsiz müavinət təyin edilib. Lakin aylardır ki, ona aylıq müavinat ödənmir.
Üzeyir Zeynalov deyir ki, bir zamanlar çalışdığı şirkətə indi onu buraxmırlar. Dəfələrlə şirkət rəhbərliyi ilə əlaqə saxlamağa çalışsa da icazə verilməyib. Bu səbəbdən də aylardır ki, ödəmə ilə bağlı vədlər verilsə də, yenə də o ödənişini ala bilmir.
Məsələ ilə bağlı "Core Construction" adlı şirkətlə əlaqə saxlamağa çalışsaq da 2 gün ərzində heç bir açıqlama vermədilər.
İddiaçı Üzeyir Zeynalovla isə əlaqə saxlayaraq məsələnin şirkət rəhbərliyinə yönləndirildiyini bildiriblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.