Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivindəki 9 mərtəbəli binanın sakinləri iddia edirki, köhnə nə lifti dəyişib yenisi ilə əvəzləsələr də, onların bu problemin həlli müşkülə çevrilib.
Yaşlısı da, cavanı da narahatdır, sakinlərin iddiasına görə, Bakı Lift-Təmir İstehsalat Birliyinin əməkdaşları da məsələdən xəbərdardır.
Məsalə ilə bağlı "Baklift-2" İxtisaslaşdırılmış İstehsalat İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, liftin ehtiyat hissəsinin yanmasının səbəbi bina sakinlərindən birinin su sayğacında qəzanın baş verməsi ilə bağlıdır.
Sakinlərin ehtiyatsızlığı nəticəsində sıradan çıxan liftin bu ayın sonunadək təmir olunaraq yenidən isfifadəyə veriləcəyi bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.