Dəniz sahili günlərdir ki, plasmas məhsulların istehsalı üçün olan qranulalar, yəni yarımfabrikat plastik dənəciklər ilə çirklənib.
Xezerxeber.az-ın xəbərinə görə, ekoloqlar bildirirlər ki, mikroplastik səviyyəsində olan bu tullantılar yüngül olduqları üçün dənizin dibində deyil, sahilinə toplaşırlar. Lakin dənizdə olan canlıların kütləvi şəkildə məhvinə səbəb ola bilərlər. Bu səbəbdən polietilen istehsalı üçün nəzərdə tutulan xammal dəniz ətrafından təmizlənməlidir
Ekoloq Rövşən Abbasov onu da əlavə edib ki, dənizin hövzəsi çox geniş olduğundan qranulların konkret olaraq haradan gəldiyini demək mümkün deyil.
Məsələ ilə bağlı, Dövlət Ekoloji təhlükəsizlik xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən problemdən xəbərdardırlar, məsələ ilə bağlı qurumun əməkdaşları tərəfindən araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.