Azərbaycanda bəzi özəl uşaq bağçalarının ödənişi əl yandırır. Paytaxtda yerləşən bağçaların aylıq ödənişi 300 manatdan 1200 manata qədər dəyişir.
Xezerxeber.az xəbər verir ki, təhsil ekspertlərinin sözlərinə görə, qiymət artımı son illərdə daha çox hiss edilir. Xüsusilə, əlavə xidmətlər təklif edən bağçalarda aylıq ödəniş qiymətləri 1000 manatın üzərindədir.
Elmin Nuruzadənin sözlərinə görə, qiymətlərin baha olmasının əsas səblərindən biri bağçaların sayının az olmasıdır. Tələbə uyğun təklif olmadığından özəl bağçalar müraciət edənlərin sayı baxımından problem yaşamır.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında bildirmişdi ki, özəl bağçalarda boş qalan yerlərə cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.