"BakıKart"ın onlayn ödəniş sistemi 11 gündür işləmir. Vətəndaşlar "BakıKart"a yalnız terminallardan və digər platformalardan ödəniş edə bilirlər.
Sərnişinlər deyir ki, ödəmə terminalları hər yerdə yoxdur. Onlayn ödəniş üçün olan sayt isə işləmir. Buna görə də çətinlik çəkirlər.
Məsələ ilə bağlı Yerüstü nəqliyyat agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, "BakıKart" tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.