Yanacağın qiymətlərindəki dəyişiklik daha ekonom olan avtomobillərə marağı artırıb.
Xezerxeber.az xəbər verir ki, bu ilin 7 ayı ərzində ölkəyə 11 min 276 ədəd hibrid, 1792 ədəd elektromobil idxal edilib. Yeddi ayda ümumi avtomobil idxalının 51 min 179 ədəd olduğunu nəzərə alsaq, məlum olur ki, gətirilən hər dörd avtomobildən biri hibrid və yaxud da elektromobil olub.
Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov marağın bu qədər çox olmasının səbəblərini belə izah edib.
Ekspert onu da əlavə edib ki, elektromobillərə maraq yaradan bir başqa amil onun şəhər ərazisində infrastrukturunun qurulmasıdır.
Eldəniz Cəfərov deyir ki, təkcə ötən ilin sonuna qədər ölkə ərazisində 200 yerdə elektrik doldurma məntəqələri yaradılıb.
Bəs marağın bu qədər olması elektrik və ya hibrid avtomobillərin qiymətinə təsir edə bilərmi?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.