Sərnişin avtobusu alovlanaraq yanır.
Xezerxeber.az xəbər verir ki, yanğınsöndürənlər alovu ram etməyə çalışırlar.
Hadisə bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, "Lökbatan" dairəsi yaxınlığında baş verib.
Araşdırma zamanı məlum oldu ki, hadisə zamanı yanan marşurut avtobusu "BMH" MMC-yə məxsus olub və 164 saylı xətt üzrə fəaliyyət göstərirmiş. Daşıyıcı şirkətin direktor müavini Mövsüm Kərimov deyir ki, əvvəlcə avtobusun təkərində nasazlıq yaranıb.
Şirkətin direktor müavini Mövsüm Kərimov onu da qeyd etdi ki, xüsusilə Ümid qəsəbəsi ərazisində onların marşrutunun keçdiyi düşən yol olduqca bərbaddır. Sırf bu səbəbdən tez-tez avtobuslarında bu və buna oxşar şəkildə problemlər yaşanır.
Bu arada Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. Avtobusun böyük hissəsi yanğından mühafizə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.