Şəhər içində şəhər. Bir vaxtlar Qara, indi isə Ağ şəhər...
Xezerxeber.az xəbər verir ki, Bakının mərkəzinə yaxın olan bu ərazi, neft tullantıları ilə çirkləndirilmiş, bataqlıq, bir sözlə qara qızılın qurbanına çevrilmişdi.
Şəhərciyin Mərkəzi Park Rayonunda bir sıra binaların, ictimai obyektlərin tikintisi artıq başa çatıb, müxtəlif küçələrin salınması, yeraltı kommunikasiya infrastrukturunun qurulması ilə bağlı işlər də yekunlaşıb. Layihələndirmə zamanı Bakı Ağ Şəhərdə inşası nəzərdə tutulmuş Bakı Metropoliteni stansiyalarının memarlıq üslubu üzrə isə konsepsiya hazırlanıb. Müasir şəhər standartlarında salınan Ağ Şəhərdə diqqətimizi çəkən bir neçə yerlə sizi də tanış edək.
Bundan başqa, inşasına 2020-ci ildə başlanılan, Vətən Müharibəsi və ölkəmizin suverenliyinin bərpasına həsr olunan Bakı Ağ Şəhər Ofis binasının tikintisi də başa çatıb. Yaşıl bina standartlaırna uyğun ofisdə dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş müasir tikililərin maketləri təqdim olunur. Dünyanın aparıcı şirkətlərinin yerli mütəxəssislərlə birgə layihələndirdiyi yaşayış məkanı bir çox beynəlxalq sərgilərdə mükafatlara da layiq görülüb.
Ümumilikdə, 1650 hektar ərazini əhatə edən Ağ Şəhərdə müxtəlif üslublu 10 rayonun salınması, 120 min yaşayış və xidmət obyektinin tikintisi, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. İndiyədək 91 binanın inşası yekunlaşıb. Layihənin tam yekunlaşmasından sonra burada 280 min sakin yaşayacaq və 240 min iş yeri yaradılacaq. Qısası, dövrünün bataqlığında, bu gün Günəş yenidən doğur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.