Vətəndaş sığorta şirkətindən ödənişini ala bilmir.
Xezerxeber.az xəbər verir ki, Gədəbəy rayonunun Novosaratovka kənd sakini Nürəddin Hüseynova məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Ev sahibi iddia edir ki, təbii fəlakətdən dəyən ziyana görə müqavilədə ödəniş nəzərdə tutulsa da şirkət onun müraciətlərini cavabsız qoyur.
Dolu nəticəsində yararsız hala düşən dam örtüyündən yağan yağış evin içərisində də çatlar da yaradıb.
Məsələ ilə bağlı sığorta şirkətindən "Xəzər Xəbər"ə bildirildi ki, hadisə 20 iyun tarixində baş verib.
Şirkətlə sığorta müqaviləsi isə 28 iyun tarixində bağlanılıb. Bu barədə də müştəriyə məlumat verilib. İndi müştəri də sığorta şirkəti də bilir ki, qarşılıqlı imzalanan müqavilə əsasında tərəflər üzərinə düşən öhtəlikləri yerinə yetirmədiyi halda məsələyə hüquqi müstəvidə aydınlıq gətirilə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.