Bakıda prospektlərin birində piyadaların rahat və təhlükəsiz hərəkətinin təşkili baxımından ciddi nöqsanlar var.
Xezerxeber.az xəbər verir ki, yaxınlıqda yaşayanlar hər gün bu təhlükə ilə üz-üzədir. Hər an məcburi avtomobil yoluna çıxan piyadanı maşın vura bilər.
Bura paytaxtın Xətai rayonu, Gəncə prospektidir. Prospektin bir tərəfində səki olsa da, necə deyərlər, digər tərəfdə səki yaratmaq sanki unudulub.
İnsanların istəyi aidiyyəti qurumların təhlükəyə reaksiya vermələri və problemin ən qısa zamanda həll edilməsidir.
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin ərazi ilə bağlı quruma heç bir vətəndaş müraciəti daxil olmayıb. Əgər belə bir müraciət olarsa, İcra Hakimiyyəti məsələnin həlli istiqamətində addım ata bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.