Dövlət Məşğulluq Agentliyinin iş üçün göndəriş verdiyi şəxsə iş verilmir.
"Xəzər Xəbər"ə müraciət edən Ucar sakini Yaşar Cavadov deyir ki, 20 ilə yaxın dövlət qulluqçusu kimi çalışıb. 2021-ci ildən işsiz kimi dövlət məşğulluq agentliyində qeydiyyata düşüb. İş stajına uyğun ona direktor müavini vəzifəsi təklif olunub. Təklifi qəbul edib, amma göndəriş verilən yerdə işə götürülməyib.
Yaşar Cavadov Dövlət Məşğulluq Agentliyinə təkrar müraciət edib. Bu dəfə isə ona Azəriqaz istehsalat birliyinin yerli idarəsində iş təklif olunub.
Məsələ ilə bağlı Dövlət məşğulluq agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Yaşar Cavadov işsiz kimi qeydiyyata alınıb və məşğulluq imkanları qiymətləndirilərək ona fərdi məşğullq proqramı tərtib olunub.
Agentlikdən o da qeyd olundu ki, Yaşar Cavadovun işlə təmin olunması yerli regional məşğulluq filialının əməkdaşları tərəfindən diqqətdə saxlanılır. Uyğun vakansiya olduqda vətəndaş yönləndiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.