Un ucuzlaşıb. Prosesin isə davamlı olacağı gözlənilir.
Xezerxeber.az-ın xəbərinə görə, satıcılar deyirlər ki, unun topdansatış qiyməti son aylarla müqayisədə aşağı düşüb. Avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini azaldıblar.
Açıqlanan rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26.1-27.8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26.8-28.5 manat, iyun ayında isə 28.3-29.5 manat təşkil edib.
İqtisadçı Aslan Asimzadə deyir ki, un çörəyin əsas xammalı hesab olunduğundan, qiymətinin enməsi və aşağı rəqəmlərdə stabilləşməsi, çörəyin qiymətinin də ucuzlaşmasına təsir edə bilər.
Eskpert əlavə edib ki, çörək əsas qida və strateji məhsul olduğu üçün bu sahəyə dövlət nəzarəti kifayət qədər yüksəkdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.