Son vaxtlar psixoloqlara tələbat çoxalib. Belə ki, bir seansın qiyməti 150-500 manat arası dəyişir.
Xezerxeber.az xəbər verir ki, son zamanlar psixioloq və psixoterapevtlərə tələbat artıb. Vətəndaşlar iddia edirlər ki, qiymətlər yüksək olsa da nəticə isə bəzən olmur. Çünki, bəziləri bu sahədə təhsail almasalar da özlərini mütəxəssis kimi təqdim edərək pasiyentləri qəbul edirlər.
Psixoloqların sözlərinə görə, bəzən bir seans yetərli olmur. Bununlada bəzi vətəndaşlar 15 seansa 7500 manat ödəməlidir.
Sosiloq Üzeyir Şəfiyevin sözlərinə görə, hazırda tətbiqi psixoloq kimi fəaliyyət gösətənlərin sayı və keyfiyyət göstəricisi cəmiyyətin tələbatlarına tam uyğun deyil.
Sosioloq onu da əlavə etdi ki, bu sahə üzrə universitet təhsili zamanı praktiki dərslərin sayı artmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.