Ruben Vardanyanın Xankəndidəki iş otağından təhrif edilmiş "Naxçıvan atlası" tapılıb.
Xezerxeber.az-ın xəbərinə görə, atlasda iddia olunub ki, guya Naxçıvan daim erməni dövlətlərinin və knyazlıqlarının tərkibində əyalət olub. Görünən odur ki, Ruben Vardanyanın özü və ətrafındakıları Naxçıvan torpağına da göz dikiblərmiş.
Sözügedən atlas isə 2012-ci ildə Erməni Memarlıq Fondu nəşr edib, atlasda yer alan xəritələr başdan-ayağa saxtakarlıqlar üzərində qurulub.
"Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramovun sözlərinə görə, atlasda saxtalaşdırılmış bir sıra xəritələrdə Naxçıvan ərazisi heç bir əsas olmadan qırmızı xətlərlə işarələnib.
Qeyd edək ki, Ruben Vardanyan ötən ilin sentyabr ayında Laçındakı nəzarət buraxıl məntəqəsində saxlanıb. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.