Narkotik tərkibli bitkilərin kultivasiyası və satışında şübhəli bilinən qohumlar saxlanılıblar.
Xezerxeber.az xəbər verir ki, onlar əlbir olaraq qazanc əldə etmək üçün narkotik əkib-becərdiklərini etiraf ediblər.
Şəki polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cövhər xəlilzadə və qohumu sənan hacıyev saxlanılıblar. daxili işlər nazirliyinin mətbuat xidmətinin şəki regional qrupunun məlumatına görə, onların rayonun daşüz kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdikləri müəyyən edilib.
Həmin yerə baxış keçirilərkən 397 ədəd çətənə kolu və satış məqsədilə saxladıqları 2 kiloqram marixuana aşkar olunub. məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Bərdədə də əməliyyat keçirilib.
Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən fərid mamedovdan 4 kiloqramdan artıq marixuana aşkarlanıb.
Onun narkotiki şəxsiyyəti istintaqla araşdırılan iran vətəndaşı vasitəsilə satmaq üçün ölkəyə keçirdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.